Ətraf mühit fəalları Təbriz İES-i rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb

21.01.2022, 12:38

Təbriz İstilik Elektrik Stansiyasının müdiri və Şərqi Azərbaycan Enerji İstehsalat Şirkətinin İdarə Heyətinin üzvləri məhkəməyə verilib.

Gunaz.tv Quote | Gunaz article

Prosesi Davamlı İnkişaf Evi İnsan Hüquqları və vətəndaşlıq komissiyasında çalışan hüquqşünasların dəstəyi ilə əyalətin ətraf mühit fəalları başladıb.

Fəallar və hüquqşünaslar ətraf mühiti çirkləndirən adıçəkilən qurumların rəhbərliyindən qanuni səlahiyyətlərini yerinə yetirmələrini tələb edib.

Qeyd edək ki, son aylar Təbrizdə havanın çirklilik səviyyəsinin artması üzündən dəfələrlə məktəblərdə dərslər dayandırılıb.

Ətraf mühit fəalları hesab edir ki, hava çirkliliyinin əsas səbəbi istilik elektrik stansiyasında (İES) mazutdan istifadə edilməsidir.

Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi stansiyanın qaz payının kəsilməsinə və mazutdan istifadənin davam etdirilməsinə görə hökuməti kəskin tənqid edib.

"Şəhərin havasının çirkləndirilməsində əsas rolu Təbrizin neft-kimya zavodu və istilik elektrik stansiyası oynayırlar.

Hər iki müəssisə ekolojiya ilə bağlı öhdəliklərinə əməl etmir və Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun qarşısının alınması ilə bağlı məsuliyyətini yerinə yetirməkdə qüsurlara yol verir”-deyə, Əlirzabeygi bildirib. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məhkəmə Abbas Lisaninin yenidən tibbi ekspertizaya getməsini istəyib

2022-05-28

gun az article

Urmulu milli fəal dindirilib

2022-05-28

gun az article

Təbriz universiteti Türkiyə ali məktəbləri ilə əməkdaşlıq edəcək

2022-05-28

gun az article

Tehranda güneyli ziyalı Həsən Raşidi hücuma məruz qalıb

2022-05-28

gun az article

Şəbistərdə tarixi Qoç daşları oğurlanıb-VİDEO

2022-05-28

gun az article

Əhərdə iki alpinist həyatını itirib

2022-05-28

gun az article

“Körpü”də müzakirə: “Abadan xalqının etirazları və fars olmayan xalqların həmrəyliyi"-VİDEO

2022-05-28

gun az article

“Körpü” proqramında müzakirə: “28 May müstəqillik bayramı”-VİDEO

2022-05-28

gun az article

"Başqa ölkələrdən dəvətlər var, amma Təbrizdə qalmaq istəyirəm"-Ərtoğrul Sağlam

2022-05-28

gun az article

Həmədan əyalətində səhralaşma sürətlə artır

2022-05-27

gun az article

Güclü daşqın Ərdəbil kəndlərinə ciddi ziyan vurub

2022-05-27

gun az article

Qəzvində tarixi əsər qaçaqmalçıları həbs edilib

2022-05-27

gun az article

"Ərk"-Azərbaycan İnsan Haqları Təşkilatı güneyli fəallarla bağlı müraciət edib

2022-05-27

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi fəlakət: Səbəblər və gələcək”-VİDEO

2022-05-27

gun az article

“Sözümüz” proqramında müzakirə: “Qaşqay türkləri”-VİDEO

2022-05-27

gun az article

Vərziğanda qədim qayaüstü rəsm əsərləri tapılıb

2022-05-26

gun az article

Təbriz və Bursa qardaşlaşmış şəhər olacaq

2022-05-26

gun az article

Yaxınları milli fəal Məhəmməd Eyninin taleyindən nigarandır

2022-05-26

gun az article

"Traxtur" Şiraz klubunu məğlub edib

2022-05-26

gun az article

Sulduzda "May qiyamı" qurbanlarının xatirəsi anılıb

2022-05-25