SON XƏBƏRLƏR

Tramp Amerikanın İranın kosmik raket buraxıcısında baş vermiş partlayışda əlinin olmasını təkzib edib

2021.10.20, 07:36
Tramp Amerikanın İranın kosmik raket buraxıcısında baş vermiş partlayışda əlinin olmasını təkzib edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsinin İranın kosmik raket buraxıcısında baş vermiş partlayışda əlinin olmasıyla bağlı yayılan iddiaları təkzib edib.

 

Tramp “Twitter” səhifəsində iddialarla bağlı qeyd edib: “Amerikanın İranın Simnan 1 aerobazasında, kosmik raket buraxıcısında baş vermiş faciəvi partlayışda əli yoxdur.”

 

İran hələ ki, Amerika prezidentinə cavab verməyib.

 

Xatırladaq ki, ötən gün ABŞ media orqanlarından biri İranın peyk daşıyan raketi havaya buraxması zamanı ilkin mərhələdə problem yarandığı və cəhdin uğursuzluqla nəticələndiyi barədə məlumat yaymışdı. Agentlik eyni zamanda peyk vasitəsilə çəkilmiş fotolarda raket buraxıcıdan qara tüstü çıxdığını qeyd etmişdi. Bu isə cəhd zamanı partlayış baş verdiyini göstərir.

 

Xəbərlərə əsasən, raket Simnamın cənubunda yerləşən “İmam Xomeyni Aerokosmik Bazası”ndan buraxılmalı idi.

 

Bir neçə saat sonra İranın rabitə naziri Məhəmməd Cavad Azəri Cəhromi yayılan xəbərləri təkzib etmişdi.

 

Nazir “Nahid 1” adlı raketin laboratoriyada olduğunu, yayılan məlumatların həqiqəti əks etdiymədiyini və istəyənin gəlib onu görə bilmə şansı olduğunu demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar