SON XƏBƏRLƏR

Tramp NATO-ya yeni ad təklif edib

2021.10.20, 07:36
Tramp NATO-ya yeni ad təklif edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp hesab edir ki, NATO Yaxın Şərqdəki fəaliyyətini genişləndirməli və regiona qoşunlarını yerləşdirməlidir.


Bu barədə "Report" “Associated Press”ə istinadən xəbər verir.


"Düşünürəm ki, Yaxın Şərq ərazisi də daxil olmaqla, NATO fəaliyyətini genişləndirməlidir. Elə indi yük bizim üzərimizə düşür və bu haqsızlıqdır”, - ABŞ lideri deyib.


O, həmçinin alyans üçün yeni adı təklif edib — NATOME (NATO və Yaxın Şərq regionunun ingiliscə tərcüməsinin (Middle East) baş hərfləri ilə-red).


Bundan başqa, ABŞ prezidenti qeyd edib ki, NATO-nun baş katibi Yens Stoltenberq onun təklifindən həyəcanlanıb".


Qeyd edək ki, Tramp və Stoltenberq yanvarın 8-də telefonla Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər. Dövlət başçısı və alyans rəhbəri alyansın regionda sabitlik və beynəlxalq terrorizmlə mübarizə üçün daha çox şey edə biləcəyi ilə bağlı ortaq mövqeyə gəliblər.


N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar