SON XƏBƏRLƏR

Tramp Ruhani ilə görüşməyəcəyini bəyan edib

2021.10.20, 07:36
Tramp Ruhani ilə görüşməyəcəyini bəyan edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ötən gün öz iranlı həmkarı Həsən Ruhani ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində görüşməyəcəyini bəyan edib.

 

“Onunla görüşməyəcəyəm. Hələlik hazır olduqlarını düşünmürəm, amma hazır olacaqlar”- deyə Tramp əlavə edib.

 

ABŞ prezidenti qeyd edib ki, heç vaxt heç nəyin mümkünlüyünü istisna etmir, lakin mövcud şəraitdə Ruhani ilə görüşməməyə üstünlük verir.

 

Trampın bu sözlərindən bir neçə saat öncə İranın “dini lideri” Əli Xamneyi Amerikanın nüvə razılaşmasına yenidən qayıtmayacağı təqdirdə, tərəflər arasında heç vaxt və heç bir səviyyədə görüş baş tutmayacağını demişdi.

 

Xatırladaq ki, Trampla Ruhani arasında ikitərəfli görüşün keçirilməsilə bağlı söhbətlər tərəflər arasında gərginliyi azaltmaq üçün Fransa prezidenti Emmanuel Makronun könüllü olaraq vasitəçilik missiasını öz üzərinə götürməsindən sonra yayılmışdı. İlkin olaraq Həsən Ruhaninin də bunun baş tutmasını istisna hesab etməməsinə baxmayaraq, sonradan o, öz sözlərini dəyişmişdi. Tramp isə İranla yeni razılaşma əldə etmək üçün danışıqlara başlamağa hazır olduqlarını bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar