SON XƏBƏRLƏR

Trampdan Makrona: “Heç kİim Amerikanın yerinə İranla müzakirə apara bilməz”

2021.10.20, 07:36
Trampdan Makrona: “Heç kİim Amerikanın yerinə İranla müzakirə apara bilməz”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp öz fransalı həmkarı Emmanuel Makronun Həsən Ruhani ilə telefon danışıqlarına münasibət bildirib.

 

İranın ciddi maliyyə problemləriylə üzləşdiyini vurğulayan Tramp bildirib ki, heç kim Amerikanın yerinə rəsmi Tehranla müzakirə apara bilməz.

 

“İranlılar məyuscasına Birləşmiş Ştatlarla müzakirələr aparmağa çalışırlar. Lakin bizim nümayəndəmiz olduğunu iddia edən Fransa prezidenti Makron da daxil olmaqla, bəziləri onlara başqa istiqamət verir”- deyə ABŞ prezidenti əlavə edib.

 

Qeyd edək ki, bundan öncə də Tramp Makronun Həsən Ruhani ilə telefon əlaqələrinə münasibət bildirmişdi. O, öncələr də heç kimin heç bir vəchlə Amerikanın əvəzinə danışmağa haqqı olmadığını vurğulamışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar