SON XƏBƏRLƏR

“Traxtur” klubundan yeni qərar: Yarışlar internetdə yayımlanacaq

2021.10.20, 07:36
“Traxtur” klubundan yeni qərar: Yarışlar internetdə yayımlanacaq

Gunaz.tv

GünAz TV: “Traxtur” klubu gələcək həftələrdə keçiriləcək super liqa yarışlarını internetdə yaymaq qərarına gəlib.

 

“Traxtur” klubunun İdarə heyətinin rəisi Abbas İlyasi yol verilən ayrı-seçkiliyə görə İran Teleradio Şirkətinin rəisinə məktub yazaraq stadionda Teleradio Şirkətinin çəkiliş aparmasına icazə verilməyəcəyini elan etdikdən sonra bu barədə qərar qəbul edilib.

 

Bu xəbər bəzi “Traxtur” tərəfdarları tərəfindən etirazla qarşılanıb. Onlar sevimli komandalarının görüşlərini izləmək istədiklərini bildirincə, “Traxtur” klubu bu barədə yeni qərar qəbul edib.

 

Klub rəhbərliyi Teleradio Şirkətinin rəisinə elan olunan qərarın üzərində durduğunu vurğulayaraq elan edib ki, super liqa yarışları davam edəcəyi təqdirdə “Traxtur” görüşləri internet vasitəsi ilə yayımlanacaq. Komanda tərəfdarları bu şəkildə görüşləri izləyə biləcəklər.

 

Xatırladaq ki, ötən günlərdə “Traxtur” klubunun İdarə heyətinin rəisi Abbas İlyasi komandaya qarşı yol verilən ayrı-seçkiliklərə görə İran Teleradio Şirkətini kəskin tənqid edərək vəziyyətin belə davam edəcəyi təqdirdə komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcəyini bildirmişdir.

 

Bu barədə Abbas İlyasi İran Teleradio Şirkətinin rəisi Əli Əsgəriyə məktub ünvanlamışdır.

 

Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

“Traxtur” klubu: Belə davam edərsə, komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcək

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar