SON XƏBƏRLƏR

“Traxtur” ölkə kuboku yarışlarında birinci görüşü qələbə ilə başa vurub

2021.10.20, 07:36
“Traxtur” ölkə kuboku yarışlarında birinci görüşü qələbə ilə başa vurub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası Həmədan təmsilçisini öz şəhərində 1:2 hesabı ilə məğlub edib.

 

“Traxtur” İran kuboku yarışlarının birinci görüşündə Həmədanın “Pas” klubu ilə qarşılaşıb.

 

Ölkə kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilən görüş bu gün Təbriz vaxtı ilə saat 15:30-da Həmədanın Hacı Babayi stadionunda baş tutub, oyun 1:2 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

 

Əşkan Dejaqe 13-cü və Məhəmmədrza Azadi oyunun 42-ci dəqiqəsində “Traxtur” tərəfindən qol vurublar. “Pas” komandasının yeganə qolunu isə Behzad Sultani 67-ci dəqiqədə vurub.

 

Bununla da “Traxtur” “Pas”a qalib gələrək ölkə kuboku yarışlarının növbəti mərhələsinə yüksəlib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar