SON XƏBƏRLƏR

“Traxtur” oyunçusunun “Barış pınarı” əməliyyatına dəstək verdiyi üçün cəzalandırılması xəbəri Türkiyə mətbuatında geniş yayılıb

2021.10.20, 07:36
“Traxtur” oyunçusunun “Barış pınarı” əməliyyatına dəstək verdiyi üçün cəzalandırılması xəbəri Türkiyə mətbuatında geniş yayılıb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın “Traxtur” futbol komandasının oyunçusu Mehdi Bəbri Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına dəstək vermişdir.

 

 

Futbolçu bu məqsədlə türk əsgərlərinin şəkili ilə birlikdə Türkiyə bayrağını İnstaqram səhifəsində yayıb. Bundan sonra Futbol Federasiyasının Əxlaq Komitəsi bəyanat yayaraq Mehdi Bəbrini idmana əlaqəsi olmayan post paylaşmaqda günahlandırıb, onun futbol fəaliyyətinə müvəqqəti qadağa qoyulduğunu açıqlayıb.

 

Bu xəbər Güney Azərbaycan mətbuatı ilə yanaşı Türkiyə kütləvi informasiya vasitələrində də geniş yayılıb. “Traxtur” oyunçusunun cəzalandırılması CNN TÜRK, Anadolu, “Yeni Şafak”, Bloomberg, “Son Dakika” və daha bir neçə mətbuat orqanında işıqlandırılıb.

 

Mehdi Bəbrinin oktyabrın 14-də İnsaqram səhifəsində paylaşdığı post bir çoxlarının ona qarşı hücuma keçməsinə bəhanə oldu. Futbolçu yalnız federasiyanın təzyiqi ilə üzləşmədi, o həm də özlərini islahatçı adlandıran siyasi fəallar və bir çox radikal sosial şəbəkələr istifadəçiləri tərəfindən təhqir və təhdidlərə məruz qaldı.

“İttihad millət” sözdə islahatçı partiyasının üzvü Məhəmmədrza Tacirniya “Traxtur” oyunçusunu öz Twitter səhifəsində təhdid etmişdir.

“Məmləkətin sahibi yoxdur?! “Traxtur”un iranlı oyunçusu Türkiyə bayrağını əsgərlərinin şəkili ilə birlikdə yayır. Bunun bölücülükdən başqa nə mənası var?! Birisi yoxdur onun ağzından vursun?! Nə üçün bu anormal separatçılara bu qədər güzəşt etməliyik?!”- deyə o qeyd edib.

 

İran rəsmiləri, o cümlədən bir çox deputatın Suriyanın şimalındakı PKK/YPG-PYD terror qruplaşmalarına dəstək verib və Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatını pisləməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Güney azərbaycanlılar ölkədə terrorla mübarizəyə ikili münasibət göstərilməsinə etiraz bildirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar