SON XƏBƏRLƏR

“Traxtur” “Saypa”nı darmadağın etdi

2021.10.20, 07:36
“Traxtur” “Saypa”nı darmadağın etdi

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu səhənd stadionunda qəbul etdiyi Tehranın “Saypa” komandasını məğlub yola salıb.

 

İran üzrə futbol klublarının suepr liqa yarışlarının 20-ci həftəsində keçirilən görüş Təbriz vaxtı ilə saat 15:00-da başlamışdır.

 

Qonaq komandanın oyunçusu Məhəmmədrza Süleymani oyunun 7-ci dəqiqəsində hesabı açsa da, 16-cı dəqiqədə Əşkan Dejaqe, 18-ci dəqiqədə Ehsan Hacı Seyfi və 28-ci dəqiqədə Rza Əsədi qol vuraraq “Traxtur” komandasına qələbə qazandırıblar.

Bununla da görüş 3:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

Beləliklə, “Traxtur” komandası xallarının sayını 37-yə çatdıraraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Hazırda Azərbaycan komandası ilə cədvələ liderlik edən “Perspolis” komandası arasındakı fərq 4 xala enib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar