SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları qadınların stadiona buraxılmamasına etiraz edib / Stadiona buraxılmayan azyaşlı qız ağlayıb belə dedi… – VİDEO

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları qadınların stadiona buraxılmamasına etiraz edib / Stadiona buraxılmayan azyaşlı qız ağlayıb belə dedi… – VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, noyabrın 9-da Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası İsfahan təmsilçisi “Zob Ahən”i qəbul edib, oyun 4:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

Oyun zamanı görüşdə tamaşaçı qismində iştirak edən 70 mindən çox soydaşımız əllərində müxtəlif yazılı kağızlar tutaraq qadınların stadiona buraxılmamasına etiraz ediblər.

 

Qadın hüquqlarını tələb edən şüarlar türk və ingilis dillərində yazılıb. “Stadionun qapılarını qadınların üzünə açın”, “Stadiona gəlmək qadınların hüququdur”, “Qadınlar üçün azadlıq” və s. kimi şüarların heç birinin fars dilində yazılmaması xüsusi diqqət çəkib.

 

 

Soydaşlarımız bundan əvvəlki “Traxtur” yarışlarında qadınların stadiona gəlməsini tələb edən müxtəlif şüarlar səsləndiriblər.

 

“Traxtur”-“Zob Ahən” oyunu zamanı rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı azyaşlı qızı stadiona buraxmayıblar. 6 yaşlı Niyayeş atası ilə birlikdə stadionun qapısı arxasında qalıb. Azyaşlı qız ürək sözlərini ağlayaraq dilə gətirib:

 

https://www.youtube.com/watch?time_continue=1&v=rtIC2yT-rPg

 

İranda qadınların stadiona girişi qadağandır. Buna cəhd edənlər ağır şəkildə cəzalandırılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar