SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarının Abbas Lisani haqda səsləndirdiyi şüarın VİDEOSU

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarının Abbas Lisani haqda səsləndirdiyi şüarın VİDEOSU

Gunaz.tv

GünAz TV: Mayın 1-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və Tehranın “Perspolis” komandaları arasında görüş keçirilib.

 

Oyun zamanı soydaşlarımız bir neçə milli şüar səsləndirib.

 

Minlərlə soydaşımız tərəfindən dilə gətirilən şüarlar arasında “Azərbaycan var olsun – Lisani azad olsun” sözü də yer alıb.

 

https://www.youtube.com/watch?time_continue=12&v=2AHcrxidrTk

 

İranda söz azadlığı və azad mətbuat olmadığından Azərbaycanla əlaqədar dövlət tərəfindən təmin olunmayan hüquqlar, insan haqları, həmçinin azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar əsasən stadion kimi ümumi yerlərdə dilə gətirilir.

 

Abbas Lisani uzun illərdir Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Tanınmış fəal yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin həbsxanasına intiqal edilib. O hələ də Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Ərdəbil Prokurorluğunda keçirilən iclasda onun qondarma 4 ağır ittihamla üzləşdiyi məlum olub.

Fəal başqa bir dosyesinə görə, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 10 ay həbs cəzasına məhkum edilib, hökm ötən günlərdə Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar