SON XƏBƏRLƏR

“Traxtur”un şotlandiyalı hücumçusu yenidən yoxa çıxıb

2021.10.20, 07:36
“Traxtur”un şotlandiyalı hücumçusu yenidən yoxa çıxıb

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının şotlandiyalı hücumçusu ölkəsinə səfər etdikdən sonra yenidən Təbrizə qayıtmayıb. Bu, böyük ehtimalla klubla Li Heri Ervin arasında müqavilənin ləğv olunması ilə nəticələnəcək.

 

18-ci super liqa yarışlarının əvvəllərində Azərbaycan klubuna transfer edilən xarici futbolçu bir neçə yarışda  güclü oyun sərgilədi, lakin yarışların birinci yarısının yekunlaşmasına 3 həftə qalmış ölkəsinə səfər etdi və depressiya bəhanəsi ilə uzun müddət Təbrizə qayıtmadı.

 

“Traxtur” klubunun Li Heri Ervinlə müzakirələri təxminən 3 ay davam etdikdən sonra o Təbrizə qayıtdı və komandanın məşqlərində bir neçə həftə iştirak etdi. Futbolçu komandanın Novruz bayramı tətilində bir daha ölkəsinə səfər etdi və məlum olub ki, yenə də Təbrizə qayıtmaq istəmir.

 

Mətbuatda yayılan məlumata görə, böyük ehtimalla artıq klubla şotlandiyalı futbolçu arasında bağlanan müqavilə ləğv olunacaq.

 

Hələlik “Traxtur” klubu bu barədə heç bir açıqlama verməyib.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar