SON XƏBƏRLƏR

“Traxtur”-“Urmiya 90” görüşü başa çatdı

2021.10.20, 07:36
“Traxtur”-“Urmiya 90” görüşü başa çatdı

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan komandalarının ölkə kuboku çərçivəsindəki görüşünün vaxtı bir neçə dəfə dəyişdirildikdən sonra nəhayət ki, çərşənbə axşamı günü Urmiyanın Bakiri stadionunda baş tutdu.

 

“Urmiya 90” klubu İran kubokunun səkikizdəbir final mərhələsi çərçivəsində “Traxtur”u yerli vaxtla saat 14:00-da yeni istifadəyə verilmiş Bakiri stadionunda qəbul edib.

 

90-cı dəqiqənin sonunda hesab 1:1 olduğu üçün əlavə vaxta ehtiyac duyulub, lakin əlavə vaxtlarda heç bir komanda tərəfindən qol vurulmayıb. Sonda oyunun taleyini penalti zərbələri müəyyənləşdirib. Nəhayət ki, “Traxtur” 7:8 (penalti zərbələrinin hesabı - 6:7) hesabı ilə qardaş komandaya qalib gəlib.

 

Məsulların qərarı ilə görüş tamaşaçısız keçirilib, oyun zamanı hər iki komandanın minlərlə azarkeşi qapı arxasında qalıb.

 

“Traxtur”-“Urmiya 90” görüşü əslində payızın ilk ayında keçirilməli idi, lakin müxtəlif bəhanələrlə noyabrın 26-a təxirə salınmışdır. Buna baxmayaraq təyin olunan vaxta bir neçə gün qalmış görüşün ləğv olunacağı barədə müxtəlif açıqlamalar verildi. Nəhayət ki, görüşün keçirilməsinə bir gün qalmış Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülü görüşün ləğv olunduğunu, oyunun 2 həftə sonra keçiriləcəyini elan etdi. Xəbər İran mətbuatında yayıldıqdan bir neçə saat sonra məsullar görüşün noyabrın 26-ı yerli vaxtla saat 14:00-da, lakin azarkeşsiz keçiriləcəyi barədə qərar qəbul etdilər. Bütün bunların İran və Güney Azərbaycan şəhərlərində ötən günlər keçirilən kütləvi etirazlarla əlaqədar olması kimsədə şübhə doğurmur. Rejim etiraz aksiyalarının yenidən alovlanıb Güney Azərbaycan şəhərlərini bürüməsindən çəkinərək önləyici tədbirlər almağa çalışır.

 

Bu qələbədən sonra “Traxtur” İran kubokunun dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar