GünAz TV: Güney Azərbaycanın “Traxtur” və “Maşınsazi” futbol komandalarının 5 oyunçusu İranın ümid milli futbol komandasına dəvət edilib.
Ümid milli komandasının baş məşqçisi Həmid Estili çalışdırdığı komandanın təlim-məşq toplanışına dəvət edilən oyunçuların adlarını açıqlayıb.
Məlumata görə, “Traxtur” komandasından Əbülfəzl Rəzzaqpur, Məhəmmədrza Azadi və Rza Şikari, “Maşınsazi”dən isə Məhəmməd Müslimipur və Məhəmməd Xürrəm Hüseyni təlim-məşq toplanışına çağırılıb.
Baş məşqçi komandasına toplam olaraq 35 oyunçu dəvət etdiyini bildirib.
Oktyabrın 7-dən başlayan təlim-məşq toplanışı 1 həftə davam edəcək.
N.S