SON XƏBƏRLƏR

Trüdo: “İran vurulmuş təyyarənin qara qutusunu Fransaya göndərsin”

2021.10.20, 07:36
Trüdo: “İran vurulmuş təyyarənin qara qutusunu Fransaya göndərsin”

Gunaz.tv

GünAz TV: Kanadanın Baş naziri Castin Trüdo İrandan “Sepah”ın vurduğu Ukrayna sərnişin təyyarəsinin qara qutusunun araşdırmaq üçün Fransaya göndərilməsinə imkan yaratmasını istəyib.

 

O bildirib ki, qara qutu təhqiqatların aparılması üçün əsas zəruri vasitə olduğundan, beynəlxalq qanun və prinsiplərə əsasən, İran onun dərhal və düzgün şəkildə oxunmasına şərait yaratmalıdır.

 

Trüdo qeyd edib ki, araşdırmaların doğru aparılması üçün bu sahədə ixtisaslaşmış mütəxəssislər qara qutunu oxumalıdırlar. İran isə qutunu araşdırmaq üçün lazım olan texnologiyalara sahib deyil.

 

“Buna görə də, biz İrandan qara qutunu dəqiq araşdırmaq üçün onu həmin texnologiyalara və etibarlı mütəxəssislərə sahib 3-cü ölkəyə göndərməsini istəyirik. Fransanın qara qutunun göndərilməsi üçün münasib ölkə olduğu barədə beynəlxalq konsensus mövcuddur. Bu səbəbdən biz qutunun Fransaya göndərilməsi üçün rəsmi Tehrana təzyiq göstəririk”,- deyə Kanadanın Baş naziri əlavə edib.

 

Yanvarın 17-də İran Mülki Aviasiya Təşkilatının qəzaların araşdırılması şöbəsinin rəisi Həsən Rzayifər qara qutunun İranın əlində olduğunu və onu digər ölkəyə göndərmək niyyətlərinin olmadığını demişdi.

 

Xatırladaq ki, “Sepah” terror təşkilatının yanvarın 8-də Tehran hava limanı yaxınlığından 2 raketlə vurduğu Ukrayna sərnişin təyyarəsinin göyərtəsində olan 176 nəfərin hamısı ölmüşdü.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar