SON XƏBƏRLƏR

“Türk dili Azərbaycan millətinin qırmızı xəttidir” banneri Savalan dağı zirvəsində

2021.10.20, 07:36
“Türk dili Azərbaycan millətinin qırmızı xəttidir” banneri Savalan dağı zirvəsində

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda İranın təhsil naziri Məhəmməd Bəthayiyə qarşı etirazlar davam edir. Buna səbəb nazirin ötən günlərdə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğuna dair irqçi açıqlamasıdır.

 

Bu dəfə irqçi yanaşmanı pisləyən və ana dilinin əhəmiyyətini vurğulayan şüar Güney Azərbaycanın ən hündür nöqtəsi olan Savalan dağı zirvəsində görünüb. Belə ki, bir qrup soydaşımız dağın zirvəsinə çıxaraq “Türk dili Azərbaycan millətinin qırmızı xəttidir” bannerini nümayiş etdiriblər. “Sultan Savalan” adlanan zirvədə çəkilən görüntü Güney Azərbaycan Televiziyasına xüsusi olaraq göndərilib.

 

Milli şüarlar yazılmış oxşar banner və plakatlar vaxtaşırı Savalan dağı zirvəsində soydaşlarımız tərəfindən nümayiş etdirilir.

 

Ötən günlərdə “Mənim dilim ölən deyil, Başqa dilə dönən deyil”, “Türk dili mənim qırmızı xəttimdir” və s. kimi şüarlar Təbriz, Parsabad, Ərdəbil, Çaypara və Urmiyə şəhərlərinin ən hərəkətli yerlərində divarlara yazılıb.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub, etiraz dalğası artıq Azərbaycanın bütün şəhər və kəndlərinə yol tapıb.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar