SON XƏBƏRLƏR

Türkiyә Silahlı Qüvvәlәri PKK-nın 6 hәdәfini mәhv etdi

2021.10.20, 07:36
Türkiyә Silahlı Qüvvәlәri PKK-nın 6 hәdәfini mәhv etdi

Gunaz.tv

GünAz TV: Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

 

TRT xəbər verir ki, Baş Qәrargahın yaydığı məlumata görə, İraqın şimalında yerlәşәn Hakurk bölgәsinә endirilәn zәrbәlәr nәticәsindә terror tәşkilatı PKK-ya mәxsus 6 hәdәf mәhv edilib.

 

Әmәliyyat nәticәsindә terror tәşkilatına ağır zәrbәlәr endirildiyi vurğulanıb.

 

Bu arada Türkiyənin Hakkari bölgəsinin Şemdilli rayonunda partlayış baş verib. Hadisə hərbi karvanın keçidi zamanı PKK terrorçularının yola yerləşdirdiyi partlayıcıların işə düşməsi nəticəsində baş verib.

 

Partlayış nəticəsində iki əsgər şəhid olub, üç nəfər yaralanıb. Yaralılar Şemdilli Dövlət Xəstəxanasına çatdırılıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar