SON XƏBƏRLƏR

Türkiyə 160 terrorçunun öldürdüyünü açıqlayıb

2021.10.20, 07:36
Türkiyə 160 terrorçunun öldürdüyünü açıqlayıb

Gunaz.tv

GünAz TV: Türkiyə ordusu bildirir ki, bu ayın əvvəlin İraqın şimalında hava və artilleriya (topxana) hücumu nəticəsində 160 PKK terrorçusu  öldürülüb.

Bu gün açıqlanan bəyanatda ordu rəsmiləri bildirir ki, İraqın şimalındakı Zap və Qara regionlarında (bölgələrində) həyata keçirilən hücumlar zamanı 100-ə yaxın insan da xəsarət alıb. Bəyanatda 25-28 avqust tarixlərində baş tutan reydlərə (hücumlarda) 21 hava hücumunun daxil olduğu deyilir. Eyni vaxt kəsiyində həyata keçirilən artilleriya hücumları isə 38 hədəfi vurub.

Son bir ildə ilk dəfədir ki, Türkiyə qüvvələri İraqın şimalında PKK terrorçularının mövqelərinə hücum edir. Reydlər PKK-nın Türkiyə təhlükəsizlik qüvvələrini öldürməsinin qisası məqsədi daşıyır.

Bu ayın əvvəli Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Ankaranın PKK terrorçularına qarşı səbir kasasının daşdığını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar