SON XƏBƏRLƏR

Türkiyə Anayasa Məhkəməsi AKP-ni qapatmadı_Hakim partiyaya dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin yarısı kəsiləcək

2021.10.20, 07:36
Türkiyə Anayasa Məhkəməsi AKP-ni qapatmadı_Hakim partiyaya dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin yarısı kəsiləcək

Gunaz.tv
Türkiyə Anayasa Məhkəməsi AKP-ni qapatmadı Hakim partiyaya dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin yarısı kəsiləcək anayasa.jpg Türkiyə Konstitusiya Məhkəməsi müzakirələrin üçüncü günü Yarğıtay baş prokurorun hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması və prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, 71 nəfərin siyasi fəaliyyətinin qadağan edilməsi tələbi ilə bağlı qərarını açıqlayıb. Konstitusiya Məhkəməsi AKP-nin fəaliyyətinin dayandırılmasına dair Ali Məhkəmənin baş prokuroru Əbdürrəhman Yalçınkayanın iddiasını təmin etməyib. Göytürk Səsvermədə KM-nin 11 hakimindən 6-sı AKP-nin bağlanmasının lehinə səs verib. Anayasa Məhkəməsinin başqanı Haşim Kılıc özü AKP-nin bağlanmasının əleyhinə səs verib. Səsvermədə KM-nin 4 üzvü AKP-nin dünyəviliyə qarşı fəaliyyətinin qaynağı olduğunu, amma çox təhlükəli miqyasda olmadığını bildirərək hakim partiyanın qapadılmasının əleyhinə səs verib, AKP-yə verilən xəzinə yardımının yarısının kəsilməsinə tərəfdar çıxıb. KM-yə görə partiyanın bağlanması üçün Anayasa Məhkəməsinin 11 üzvündən 7-nin səsi tələb olunduğu üçün AKP fəaliyyətini davam etdirəcək. Konstitusiya Məhkəməsinin qərarına əsasən hakim partiyaya son bir ildə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin yarısı kəsiləcək. Partiya bağlanmadığı üçün 71 AKP üzvünün siyasi fəaliyyətinin yasaqlanması barədə tələb də təmin olunmayıb. Dünən Türkiyə vaxtıyla 18.05-də açıqlama verən Anayasa Məhkəməsinin başqanı Haşim Kılıc deyib: "Türkiyənin gündəmindəki ən önəmli məsələlərin hüquqi davaya çevrilməsi, Anayasa Məhkəiəsinin qarşısına qoyulması həm Konstitusiya Məhkəməsi, həm də ölkənin iqtisadi, sosial həyatında önəmli nəticələr yaradıb. Bunun da nəticəsində Türkiyədə 70 milyon insan gözünü Anayasa Məhkəməsinə dikərək nəticəni gözləməyə məcbur olub. Bu qərarlar "türban qərarı" adlandırılan və hakim AKP-nin qapadılmasıyla bağlı iddialar ən önəmli iki dava kimi qarşımızda dururdu. Həmkarlarımın, özümün duyğu və düşüncələrimi, üzüntülərimizi ifadə edirəm. Bu məhkəmə müzakirələri zamanı hər cür insani və əxlaqi dəyərlərdən kənar çox böyük tənqidlərə və həqarətlərə məruz qaldıq. Bu məhkəmə müddəti Anayasa Məhkəməsinin özünün proqramı və planı çərçivəsində reallaşdırılıb. Biz kənardan gələn təzyiqlər nəticəsində proqram və plan hazırlamadıq. Qanunlara görə, fəaliyyətimiz nəyi tələb edirsə, məsələlərə də o çərçivədə baxdıq. Önümüzə gələn iddiaların önəminə görə, məhkəmələrin sürətlə yekunlaşdıra bilməzdik. Biz də bu ölkədə yaşayırıq. Buna görə də bu məhkəmənin nə qədər önəmli olduğunu nəzə almaya bilməzdik". KM sədri siyasətçilərə üzünü tutaraq "topluma tərs gələn qanunlar, Anayasa dəyişikləri varsa, bu məsələlərdə uzlaşaraq gərəkli addımlar atmaq lazımdır"-deyə bildirib: "Heç bir arkadaşımızın xoşbəxt olduğu söylənə bilməz. Demokratiya adına biz də həmişə belə məhkəmələrlə bağlı sıxıntı çəkirik. Təəssüf ki, demokratik prinsiplər naminə Konstiusiya dəyişikləri olunmur və partiya qapadılması məsələsi gündəmə gəlir. Belə də isə qanunların dəyişdirilməsi lazımdır. Qapatma davaları ilə bağlı partiyaların uzlaşma əldə etməsini arzulayırıq. Bundan sonrakı siyasi həyatda gərginliyi azaltmaq naminə gərəkli addımlar atılacağına inanıram". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar