SON XƏBƏRLƏR

Türkiyə daha 11 PKK-çını məhv edib

2021.10.20, 07:36
Türkiyə daha 11 PKK-çını məhv edib

Gunaz.tv
Türkiyə daha 11 PKK-çını məhv edib pkk.jpg PKK-ya qarşı əməliyyatları davam etdirən Türkiyə Silahlı Qüvvələrinin bölmələri daha 11 terrorçunu zərərsizləşdiriblər. APA-nın verdiyi məlumata görə, mayın 9-na keçən gecə Hakkari rayonu ərazisindəki sərhəd zastavasına hücum edən terrorçu qrupa qarşı əməliyyatları davam etdirən təhlükəsizlik qüvvələri PKK-ya növbəti zərbə endiriblər. 9 may gecəsi 19 üzvünü itirən PKK-nın daha 11 terrorçusu məhv edilib, 20-dən çox terrorçu isə yaralanıb. PKK-çılar ölənlərin cəsədlərini Iraqın şimalında, Türkiyə sərhədləri yaxınlığında yerləşən Hərki dərəsinə atıblar. azadliq ------------------------------------------------------------------------- Gürcüstanda erməni deputatların sayı azalacaq tbilisi.jpg Gürcüstanın yeni parlamentində erməni deputatların sayı indikindən az olacaq. APA-nın verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin hakimiyyətdəki Respublika Partiyasından olan üzvü, “Cavaxk” Ittifaqının sədri Şirak Torosyan deyib. O, hazırda Gürcüstan parlamentində 6 erməni deputatın təmsil olunduğunu xatırladaraq, yeni qanunverici orqana maksimum 4 erməninin seçiləcəyini bildirib. Ş.Torosyan hesab edir ki, Gürcüstan hökuməti milli azlıqların həyat şəraitini yaxşılaşdırmalı və onların problemlərini həll etməlidir:"Gürcüstan Avropa Birliyi və NATO-ya can atır. Amma mövcud problemlərlə onu bu təşkilatlara qəbul etməyəcəklər". Xatırladaq ki, mayın 21-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar