SON XƏBƏRLƏR

Türkiyə ilə Amerika barışır

2021.10.20, 07:36
Türkiyə ilə Amerika barışır

Gunaz.tv

GünAz TV: Sinqapurda ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ)  dövlət katibi Maykl Pompeo ilə görüşüb.

 

Türkiyə mətbuatında yayılan məlumata görə, 40 dəqiqə davam edən görüşdə tərəflər Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini, ABŞ istehasalı olan “F-35” döyüş təyyarələrinin Türkiyəyə ixrac olunmasını, amerikalı keşiş Endryu Bransonu müzakirə ediblər.

 

Çavuşoğlu və Pompeo Ankara ilə Vaşinqton arasında son sanksiyaların tətbiq edilməsindən sonra dialoqu davam etdirmək barədə razılığa gəliblər.

 

Qeyd edək ki, son 15 gün ərzində Çavuşoğlu və Pompeo 4 dəfə telefonla danışıblar. AzVision.az

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar