SON XƏBƏRLƏR

TÜRKİYƏ OYUNU 15 DƏQİQƏYƏ ÇEVİRDİ

2021.10.20, 07:36
TÜRKİYƏ OYUNU 15 DƏQİQƏYƏ ÇEVİRDİ

Gunaz.tv
TÜRKİYƏ OYUNU 15 DƏQİQƏYƏ ÇEVİRDİ Dünən Avropa çempionatı qrup mərhələsində üçüncü - sonuncu turun oyunları start götürüb. A qrupunda yarışan Türkiyə yığması 0:2 hesabı ilə geridə qaldığı oyunu sona 15 dəqiqə qalmış öz xeyrinə çevirə bilib - 3:2. 75-ci dəqiqədə Arda Turan, 87 və 89-cu dəqiqələrdə Nihat Qəhvəçi fərqlənib. Türklər qrupda ikinci yeri tutaraq dörddəbir finala adlayıblar. Bu mərhələdə onların rəqibi Xorvatiya yığması olacaq. Qrupun digər matçında meydan sahibi İsveçrə pley-offa hələ ötən tur keçmiş Portuqaliyanın qapısına iki cavabsız top vurub. Bu gün B qrupunda sonuncu tur keçirilir. Xorvatiya Polşanı, Avstriya Almaniyanı sınağa çəkəcək. Dörddəbir finalda yerini ötən turdan rahatlamış xorvatların ardınca pley-offa kimin adlayacağı gecə saatlarında bilinəcək. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar