Türkiyə Prezidenti: “Hücumları dayandırmasa, Haftarın dərsini verəcəyik”

14.01.2020, 16:54

GünAz TV: "Liviya xəritədə uzaq görünə bilər, amma bizim üçün uzaq bir yer deyil”.

 

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

 

O bildirib ki, Liviya Osmanlı imperiyasının əhəmiyyətli hissəsi olub və Türkiyənin Liviya ilə dərin tarixi bağları mövcuddur: "Heç kim ölkəmizdən yardım istəyən liviyalı qardaşlarımıza arxa çevirməyimizi gözləməsin. Liviyada Haftara tabe olmayan qardaşlarımız var. Haftar Liviyadakı türkləri də etnik təmizləməyə məruz qoymaq niyyətindədir. Çətin anlarında onların yanında olmağımız lazımdır. Orada türk varlığından xəbərsiz olanları gördükcə millətimiz adına kədərlənirəm. "Liviyada nə işiniz var?” deyənlər siyasət və tarix cahilləridir”.

 

Ərdoğan Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftarın Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs razılaşmasını imzalamamasına da münasibət bildirib. Türkiyə Prezidenti qeyd edib ki, dünən Moskvada keçirilən danışıqlarda Liviya Milli Razılıq Hökuməti konstruktiv mövqe nümayiş etdirib: "Buna baxmayaraq, Haftar atəşkəs razılaşmasını imzalamadı. Əvvəlcə "hə” dedi, sonra Moskvanı tərk etdi, qaçdı. Bundan sonra məsuliyyət cənab Putin və onun komandasının üzərinə düşür. Biz sözümüzün üstündə durduq, amma Haftar danışıqları tərk etdi. İrəli sürdüyü şərtlər onun əsl simasını göstərir. Atəşkəsi qəbul etməməsi bizi heç təəccübləndirmədi”.

 

Ərdoğan bazar günü Almaniyanın paytaxtı Berlində Liviya ilə bağlı sammitə qatılacağını da vurğulayıb: "Bu sammitə başda Amerika Birləşmiş Ştatları (ABŞ) olmaqda, digər ölkələrdən də nümayəndələr qatılacaq. Biz Tunis və Qatarın da sammitə qatılmasının zəruriliyini aidiyyəti üzrə çatdırsaq da istədiyimiz nəticəni əldə edə bilmədik. Hücumları dayandırmasa, Haftara lazımi dərsi verməktən geri çəkilməyəcəyik”.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24