SON XƏBƏRLƏR

Türkiyə Qara dəniz şelfində neft quyuları qazacaq

2021.10.20, 07:36
Türkiyə Qara dəniz şelfində neft quyuları qazacaq

Gunaz.tv
Türkiyə Qara dəniz şelfində neft quyuları qazacaq 2023-cü ildən ölkə bütün neft ehtiyacını Qara dənizin hesabına ödəyə biləcək Türkiyə 2010-cu ildən Qara dəniz şelfində neft quyuları qazmağa başlayacaq. APA-nın xəbərinə görə, Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin rəhbəri Mehmet Uysal bildirib ki, sürətləndirilən neft kəşfiyyat işləri ümidverici nəticələr verməkdədir. O, 2010-cu ildən başlayaraq Qara dəniz şelfində quyuların qazılmasına başlayacaqlarını deyib: “Burada 10 milyard barel həcmində neft ehtiyatlarının aşkarlanacağını gözləyirik. Qazma işləri uğurla nəticələnərsə, 2015-ci ildə idxal olunan neftin həcmi yariya enəcək, cümhuriyyətinn qurulmasının 100-cü ildönümü olan 2023-cü ildə isə Türkiyə bütün neft ehtiyacını Qara dənizin hesabına ödəyə biləcək”. M. Uysal qeyd edib ki, xam neftin bir barelinin bugünkü qiymətinin 135 dollardan çox olduğu nəzərə alınarsa, 10 milyard barrel neft 1 trilyon 350 milyard dollar deməkdir. Qeyd edək ki, TPAO Qara dəniz şelfindəki neft kəşfiyyat işlərini Braziliyanın dövlət neft şirkəti olan “Petrobras” ilə birlikdə həyata keçirməkdədir. “Petrobras” mütəxəssislərinin fikrincə, təkcə Sinop ətrafı bölgədə 5 milyard barellik neft ehtiyatlarının mövcud olduğu proqnozlaşdırılır. İndiyə qədər aparılan kəşfiyyat işlərinə 500 milyon dollar vəsait xərclənib. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar