SON XƏBƏRLƏR

Türkiyə Silahlı Qüvvələri: Afrində 1614 terrorçu zərərsizləşdirilib

2021.10.20, 07:36
Türkiyə Silahlı Qüvvələri: Afrində 1614 terrorçu zərərsizləşdirilib

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı ilə bağlı son rəqəmləri açıqlayıb.

 

Bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Türkiyə ordusuna istinadən bildirilir ki, "Zeytun budağı" əməliyyatının başlanğıcından bu günə kimi Afrində 1614 terrorçu zərərsizləşdirilib. 

 

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 31 türk əsgəri şəhid olub, 170 hərbçi yaralanıb. Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 65-ə çatıb.

 

Xatırladaq ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar