SON XƏBƏRLƏR

Türkiyə və Ermənistan arasında əlaqə yaradılmayacaq.

2021.10.20, 07:36
Türkiyə və Ermənistan arasında əlaqə yaradılmayacaq.

Gunaz.tv
"Türkiyə və Ermənistan arasında əlaqə yaradılmayacaq" article_1213698130.gif Azərbaycanın Ermənistan tərəfindən işğal olunan əraziləri azad olunmayınca, Türkiyə və Ermənistan arasında heç bir əlaqə yaradılmayacaq. «Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan əlaqələri normallaşmayacaq», - deyə Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Köksal Toptan bildirib. Toptanın sözlərinə görə, Türkiyə dünyanın bütün yerlərində Azərbaycanın Dağlıq Qarabağ siyasətini daim dəstəkləyib və bu dəstək davam edəcək. Türkiyə parlamentinin sədri deyib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti açıq və konkretdir: «Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi və siyasəti dəyişməyəcək. Biz burada başqa məsələ tələb etmirik. Sadəcə, Azərbaycana aid olduğu qəti şəkildə bilinən torpaqlar Azərbaycana qaytarılmalıdır və sülh əldə olunmalıdır. Bizim bundan başqa tələbimiz yoxdur və başqasının torpaqlarında da gözümüz yoxdur. Amma bizə aid olan torpaqları istəmək haqqımızdır. Ümid edirəm ki, qarşıdakı müddətdə bir həll yolu tapılacaq», - Total əlavə edib. //Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar