SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ “ERGENEKON”la BAĞLI MÜDHİŞ İDDİALAR. Keçmiş Baş Qərargah rəisi Hilmi Özkök AKP hökumətini devirmək planlarını pozub

2021.10.20, 07:36
TÜRKİYƏDƏ “ERGENEKON”la BAĞLI MÜDHİŞ İDDİALAR. Keçmiş Baş Qərargah rəisi Hilmi Özkök AKP hökumətini devirmək planlarını pozub

Gunaz.tv
TÜRKİYƏDƏ “ERGENEKON”la BAĞLI MÜDHİŞ İDDİALAR Keçmiş Baş Qərargah rəisi Hilmi Özkök AKP hökumətini devirmək planlarını pozub 125.jpg Türkiyədə “Ergenekon” araşdırması ilə bağlı mətbuat yeni və bu ölkə yazarlarının təbirincə “müdhiş” iddialar ortaya atıb. Bu iddialara görə, iyulun 1-də həbs edilən istefada olan ordu generalı, jandarma qüvvələrinin keçmiş komandanı Şener Eruyğur 2003-cü ildə AKP hökumətini devirmək üçün plan hazırlayıb. Plan çərçivəsində 2004-cü ildə orduda AKP-nin adamı hesab edilən o vaxtkı baş qərargah rəisi Hilmi Özkökün öldürülməsi nəzərdə tutulub. Lakin Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi planlardan xəbər tutaraq Ankaranı xəbərdar edib. “Aktuel” jurnalında yazılanlara görə, 2003-cü ildə Yüksək Hərbi Şuranın toplantısından sonra silahlı qüvvələrin komandanlığında AKP hökumətinə dair fikir ayrılıqları yaranıb. Jandarma qüvvələrinin o vaxtkı komandanı Eruyğur bu hökuməti devirməyi qərara alıb və dəniz qüvvələrinin komandanı admiral Özden Örnek və hava qüvvələrinin komandanı İbrahim Fırtına da onunla əməkdaşlıq ediblər. Generalların planlarında hökumətin adamı sayılan Hilmi Özkökün öldürülməsi də olub. Lakin baş verənlərdən məlumat əldə edən Amerika kəşfiyyatı Ankaranı xəbərdar edib. Nəticədə polis Özkökə sui-qəsd cəhdlərinin qarşısını alıb. Bildirilir ki, Hilmi Özkök özü də jandarma qüvvələri komandanının hazırladığı planlardan xəbərdar olub. Onun Eruyğurun otağındakı toplantıları gizli şəkildə videolentə aldırdığı və 2004-cü ilin yazında generalı yanına çağıraraq ona həmin görüntüləri izlətdiyi iddia edilir. Nəticədə Eruyğur planlarından imtina etməli olub. Xatırladaq ki, Özkök Baş Qərargah rəisi olduğu dövrdə bəzi generalların çevriliş planı hazırladıqları haqda neçə vaxtdır müzakirə olunan xəbərləri nə təsdiq, nə də təkzib edir. Bir gün əvvəl o, prezident Abdullah Güllə görüşüb və iki saatdan çox ölkədəki vəziyyəti, o cümlədən “Ergenekon” həbslərini müzakirə edib. Qeyd edək ki, “Ergenekon”la bağlı iddialar daha çox hökumətə bağlı mediada yayılır. Bu iddiaların hansının düz, hansının uydurma olduğunu təsbit etmək çox çətindir. Lakin belə görünür ki, həbs edilənlərə rəsmi ittihamın irəli sürülmədiyi bir vaxtda iqtidara bağlı media onları maksimum suçlu göstərmək üçün kampaniya aparır. Belə iddialardan biri də dünən ortaya atılıb. Bildirilir ki, İstanbuldakı Amerika konsulluğuna terror hücumunun da “Ergenekon”la bağlantısı var. Tutulanlara qarşı rəsmi ittiham isə gələn həftə, nəhayət, açıqlana bilər. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar