SON XƏBƏRLƏR

Türkiyədə həbslər davam edir_ Daha bir general tutuldu

2021.10.20, 07:36
Türkiyədə həbslər davam edir_ Daha bir general tutuldu

Gunaz.tv
Türkiyədə həbslər davam edir Daha bir general tutuldu "Ergenekon" dinləmələrini həyata keçirən hakim Zəkəriyyə Özün əmri əsasında istefada olan general, JİTEM-in yaradıcılarından olan Arif Doğan Ankaradakı mənzilində həbs edilib. Ankara polisinin terrorla mübarizə şöbəsi əməkdaşlırının həyata keçirdikləri əməliyyat zamanı Arif Doğanın mənzili, eləcə də onun nəzarətində olan Əmlak bürosunda bir sıra sənədlər, iki ədəd "Kalaşnikov" tipli avtomat, eləcə də digər hərbi ləvazimatlar aşkar edilərək götürülüb. ("OLAYLAR"İA) Bu arada yayılan digər bir məlumatlarda bildirilir ki, araşdırmalar nəticəsində Böyük Britaniyanın paytaxtı Londonda müəllimlik edən keçmiş millət vəkili Turan Çöməz və Rusiyada olduğu ehtimal edilən Levent Ersoy barədə həbs qərarı çıxarılıb. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar