SON XƏBƏRLƏR

Türkiyədə milyonçuların sayı 50 min nəfərə çatıb

2021.10.20, 07:36
Türkiyədə milyonçuların sayı 50 min nəfərə çatıb

Gunaz.tv
Türkiyədə milyonçuların sayı 50 min nəfərə çatıb Türkiyədə varidatının həcmi 1 milyon dollardan çox olan şəxslərin sayı bir ildə 17,5 faiz artaraq 50 min nəfərə çatıb. APA-nın məlumatına görə, 2006-cı ildə 42 min milyonçuya sahib olan Türkiyə hazırda varlı şəxslərin say artımına görə dünya ölkələri arasında ilk yerlərdən birini tutur. Milyonçuların sayının artması ümumi daxili məhsulun illik artım həcminin 4,5 faiz təşkil etməsi, məhsul ixracı prosesinin sürətlənməsi, enerji məhsulları istisna olmaqla idxalın həcminin azalması, yeni türk lirəsinin iqtisadi baxımdan güclənməsi ilə izah olunur. Türkiyədə varlı şəxslərin ümumi var-dövlətinin həcmi orta hesabla 50 milyard dollardan artıqdır. Qeyd edək ki, 2007-ci ildə dünyada var-dövlətinin həcmi bir milyondan artıq olan insanların sayı bir il əvvələ nisbətən 6 faiz artaraq 10 milyon nəfərə çatıb. Bu şəxslərin əlində ümumilikdə 40,7 trilyon dollar varidat cəmləşib. Dünyada var-dövlətinin həcmi 30 milyon dollardan çox olan insanların sayı isə 103,320 nəfərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar