SON XƏBƏRLƏR

Türkiyədəki bir dağda Atatürkün siluetinin görünməsi ilə əlaqədar növbəti şənlik keçiriləcək

2021.10.20, 07:36
Türkiyədəki bir dağda Atatürkün siluetinin görünməsi ilə əlaqədar növbəti şənlik keçiriləcək

Gunaz.tv
Türkiyədəki bir dağda Atatürkün siluetinin görünməsi ilə əlaqədar növbəti şənlik keçiriləcək ataturksiluet.jpg Ərdahan – APA. İyulun 5-6-da Türkiyənin Ərdahan rayonunun Damal kəndində “Atatürkün izində və kölgəsində Damal şənlikləri” adlı növbəti tədbir keçiriləcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 12 ildir keçirilən şənliklər hər il iyunun 15-də və iyulun 5-də Damal kəndi ərazisindəki Qaradağ adlanın dağın üzərində möcüzəli şəkildə Mustafa Kamal Atatürkün siluetinin görünməsi ilə əlaqədar təşkil olunur. Siluet bu il iyunun 15-də də görünüb və əraziyə ilk dəfə gələn insanlar şahidi olduqları mənzərədən heyrətləniblər. Damal sakinləri isə cümhuriyyətin qurucusunun dağda əks olunan siluetini zurna-balabanla qarşılayıblar. Qeyd edək ki, silueti ilk dəfə 1954-cü ildə ərazidə mal-qara otaran çoban fərq edib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar