SON XƏBƏRLƏR

Türkiyənin baş naziri İraqa getməyə hazırlaşır

2021.10.20, 07:36
Türkiyənin baş naziri İraqa getməyə hazırlaşır

Gunaz.tv
Türkiyənin baş naziri İraqa getməyə hazırlaşır article_1214492966.gif QayNar: Türkiyənin baş naziri Rəcəp Tayip Ərdoğan qarşıdakı həftədə İraqa birgünlük səfər edəcək. Müzakirələrin əsas mövzusu Türkiyə ilə İraq arasındakı “strateji birgə fəaliyyət mexanizmi” olacaq. Gözlənilir ki, Ərdoğan və onun İraqlı həmkarı Nuri əl- Maliki həmin mexanizmin yaradılmasına öz razılıqlarını aşkar şəkildə bildirsinlər. Ehtimal olunur ki, ölkələr arasındakı sazişdə mədəni və ictimai-sosial sferadakı təhlükəsizlik, energetika, iqtisadiyyat və əməkdaşlıq kimi məsələlərə də baxılacaq. //Rəhmiyyə Hüseynova, QayNar ---------------------------------------------------------------------- Salman Rüşdüyə cəngavər ordeni verildi article_1214485463.gif QayNar: Ötən gün xəbər vermişdik ki, Böyük Britaniya kraliçası II Yelzaveta Zimbabve prezidentini ölkəsində demokratik prinsiplərə və insan haqqlarlna hörmətsiz davrandığına görə, cəngavər titulundan mərhum edib. Amma üstündən bir gün keçməmiş “Şeytanın ayələri” kitabı ilə islam dünyasına hörmətsizlik edən yazıçı Salman Rüşdünü eyni titula layiq görüb. "Qaynar.info"-nun məlumatına görə, ordeni yazıçıya şəxsən kraliçanın özü- Bukiqhem sarayında təqdim edib. Yazıçı isə öz növbəsində etdiklərindən peşman olmadığını və aldığı cənagər tituluna görə qürur duyduğunu bildirib. Əslində bu titul öna ötən il verilmiş, ordenin təqdim olunması isə müxtəlif səbəblərdən təxirə salınmışdı. //T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar