SON XƏBƏRLƏR

Türkiyənin Bursa, Qazaxıstanın Kapçaqay şəhərləri qardaşlaşıb

2021.10.20, 07:36
Türkiyənin Bursa, Qazaxıstanın Kapçaqay şəhərləri qardaşlaşıb

Gunaz.tv
Türkiyənin Bursa, Qazaxıstanın Kapçaqay şəhərləri qardaşlaşıb Qazaxıstan, Almatı 11 iyul/ Trend News , müxbir R.Məşədihəsənli/ Türkiyənin Bursa, Qazaxıstanın Kapçaqay şəhərlərinin qardaşlaşması çərçivəsində iyulun 18 - də bursalı iş adamları Kapçaqay bölgəsinə gələrək, sərmayə imkanlarını öyrənəcəklər. Eyni vaxtda da Bursa şəhərində Qazaxıstan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə Trend News-a Türk Xalqlarının Mədəniyyət Fondunun sədr müavini Dariqa İskəndərqızı məlumat verib. Qazaxıstanda fəaliyyət göstərən Türk Xalqlarının Mədəniyyət Fondunun təşəbbüsü ilə bir ay əvvəl Türkiyənin Bursa və Qazaxıstanın Almatı vilayətinin Kapçaqay şəhərləri arasında tərəfdaşlığa dair müqavilə imzalanıb. Qazaxıstanlı nümayəndə heyəti iyulun sonunda Şimalı Kipr Türk Rüspublikasına da səfər edəcək və Kipr Universitetində “Türk dünyasının gələcəyi” adlı elmi konfrans təşkil edəcəklər. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar