SON XƏBƏRLƏR

Türkiynin “Savaşçı” serialının aktyoru Azərbaycan Milli Hərəkatının bayrağını paylaşıb - GÖRÜNTÜ

2021.10.20, 07:36
Türkiynin “Savaşçı” serialının aktyoru Azərbaycan Milli Hərəkatının bayrağını paylaşıb - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Türkiyənin məşhur “Savaşçı” serialının azərbaycanlı aktyoru Kənan Mahmudov Güney Azərbaycan Milli Hökumətinin 73-cü ildönümünü anıb.

 

O “21 Azər Hərəkatı”nın 73-cü ildönümü münasibəti ilə dekabrın 13-də İnstaqram səhifəsində Azərbaycan Milli Hərəkatının birgə mübarizə bayrağını paylaşıb. Yayılan görüntüdə Azərbaycan Milli Hərəkatının bayrağı Türkiyə və Azərbaycan Respublikasının yanında görünür. Hazırda Türkiyə və Azərbaycan vətəndaşı olan soydaşlarımız Güney Azərbaycana dəstək məqsədi ilə Kənan Mahmudovun yaydığı şəkili geniş şəkildə paylaşırlar.

 

Kənan Mahmudov “Savaşda” yüzbaşı Bəxtiyar obrazını canlandırır, o Azərbaycan Respublikasının tanınmış aktyorlarından biridir.

 

Ötən günlərdə Türkiyədə yaşayan yapon gənc yazıçı Dr. Keisuke Wakizaka da profil şəkilini Azərbaycan Milli Hökumətinin başçısı böyük öndər Seyid Cəfər Pişəvərinin şəkili ilə dəyişdirərək “21 Azər Hərəkatı”nın ildönümünü təbrik etmişdir. Dr. Keisuke Wakizaka bundan əvvəl isə güneyli fəal Dr. Kərim Əsğəri ilə birlikdə Güney Azərbaycanla bağlı yapon dilində birgə məqalə yazıb.

 

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) S.C.Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb. Milli hökumət qurulduqdan bir il sonra Pəhləvi rejiminin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar