SON XƏBƏRLƏR

Türklük, müasirlik, İslam - Türkiyənin kimlik axtarışı_AKPnin turbanı Amerikanın bayrağı

2021.10.20, 07:36
Türklük, müasirlik, İslam - Türkiyənin kimlik axtarışı_AKPnin turbanı Amerikanın bayrağı

Gunaz.tv
Türklük, müasirlik, İslam - Türkiyənin kimlik axtarışı 20080314204208turkey152ap.jpg Ötən noyabrda Qars sakinləri şəhərin mərkəzindəki fəvvarənin üstündən çılpaq qadın heykəllərinin yoxa çıxmasından təəccübləniblər. Sonradan bəlli olub ki, Qarsın ən görməli yerlərindən biri olan bu fəvvarəni redaktə etmək şəhər merinin işidir. Sən dəmə şəhər meri Naif Əlibəyoğlu islamçı köklərə malik AK partinin baş naziri Erdoğanın Qarsa səfəri ərəfəsində onun qəzəbinə gəlməmək üçün belə edib. Nüfuzlu “Ekonomist” məcmuəsinin son nömrəsində dərc olunmuş “Bayraqlar, rübəndlər və şəriət” adlı məqalə məhz belə başlanır. Yeri gəlmişkən, az sonra mərmər bədənli çılpaq qadın heykəlləri öz fəvvarələrinə qayıdıblar, - yazır "Ekonomist", - çünki Erdoğanın Qarsa səfəri ləğv olunub. Bütün bunlar Türkiyənin islamlaşmasının göstəricisi ola bilərmi, - deyə sual edir müəllif, - baş prokuror Yalçınkaya kimilər üçün bu, məhz belədir. O, Ədalət və İnkişaf Partiyasının ləğvini, prezident Gül də daxil 70-dən çox Akpartilinin siyasətdən yasaqlanmasını tələb edir. 20080331135658turkey203.jpg Erdoğan qadınlara Atatürkdən çox azadlıqlar verib "Ekonomist" yazır ki, baş prokurorun əlində sübutu yoxdur. Çünki Erdoğan və onun dəstəsi islamçılıq etmirlər, onlar bu barədə sadəcə olaraq danışırlar. Bununla belə, zəhlətökən generallar dinc oturmurlar və belə bir fikir geniş yayılıb ki, halkim partiaya qarşı prokuror sanksiyasının arxasında məhz onlar dayanıblar. "Ekonomist" Ak partinin uğurlarından söz açır və yazır ki, vaxtilə qadağan olunmuş Rifah partiyasından qopanlar özlərini təkrar olaraq meydana qaytara bildilər. Onlar elan etdilər ki, dinlə siyasəti qarışdırmaq fikirləri yoxdur və hakim partiya olaraq əsas məqsədləri Türkiyəni Avropa İttifaqına üzv etməkdir. "Ekonomist" yazır ki, hələ Atatürkün vaxtından indiyədək qadınlara Erdoğan hakimiyyəti illərində verilən qədər azadlıqlar verilməyib. Erdoğan qadınları ən azı üç uşaq doğmağa çağırır, lakin ölkədə abort etdirmək qanuni və asandır. Beləcə, hakimiyyətə gələn AK parti Türkiyənin tarixində görünməmiş işin öhdəsindən gəldi. Onlar Türkiyənin təkpartiyalı hökuməti oldular. Əgər işlər generallar istəyən kimi olsa, hamı "nə mutlu türkəm deyəcək". Lakin kamalçılığın dəlixana köhnəyi daha Türkiyənin əyininə olmur. Economist AKP-nin iqtisadi göstəriciləri də heyrətamizdir, - yazır "Ekonomist", - illik iqtisadi artım 6 faiz təşkil edir. Birbaşa xarici investisiyalar rekord həddinə çatıb. Bir çoxları Ədalət və İnkişaf Partiyasını yıxmaq cəhdinin arxasında sərvəti və hakimiyyəti monopoliyaya çevirməyə adət etmiş köhnə qvardiyanın yüksəlməkdə olan Anadolu uşaqlarının qarşısını kəsmək niyyətini görürlər. 20070428132506_42858887_soldier_ap203bo.jpg "Ekonomis"tin fikrincə, AK parti məhz həmin Anadolu uşaqlarını təmsil edir. Bir başqaları isə deyirlər ki, döyüş müasirliklə İslam arasındadır. Onların fikrincə, dini dəyərləri itirmədən müasirləşmək türkləri əsrlərcə təlatümlərə salıb. Türkiyə özü üçün kimlik döyüşündədir. Bu elə bir kimlik olmalıdır ki, bütün Türkiyəliləri - dindarları, qatı dünyəviçiləri, ələvi və kürdləri qucaqlaya bilsin. Əgər işlər generallar istəyən kimi olsa, yazır müəllif, hamı "nə mutlu türkəm deyəcək". Lakin kamalçılığın dəlixana köhnəyi daha Türkiyənin əyininə olmur. Son rəy sorğuları göstəriri ki, getdikcə daha çox adam özünü əvvəlcə müsəlman, sonra isə türk hesab edir. Ordu - Türkiyə kimliyinin rəmzlərindən biridir "Ekonomist"in fikrincə, bunları AKP yaratmayıb, AKP-nin özü bunlardan doğulub. Məqalədə deyilir ki, 6 əsr ərzində İslam xəlifəliyinin başında duran sultan devriləndən sonra, Atatürk dindarlıq üzərində qələbə qazanmadı, onun xəlvətə çəkilməyə məcbur etdi. Türkiyə dini dövlətdən ayıran Fransanın yolu ilə getmədi, əksinə dini dövlətə tabe etdirmək yolunu tutdu. “Ekonomist” yazır ki, bununla belə din birləşdirici rol oynamır. Rifah partiyası hakimiyyətə gələndə ilk olaraq bələdiyyələrə tabe restoranlrada spirtli içkilər qadağan edildi. Rifahçılar deyirdilər ki, mömin müsəlmanlar onların dəyərlərinə toxunmayan istirahət haqqına malikdirlər. Akpartili bələdiyyələr bir az da uzağa gediblər. Onlar içənlər üçün şəhərdən kənarda "qırmızı zona"lar yaratmaq istəyirlər. Yeni varlı dinçilər özləri üçün hasarlı və darvazalı icmalar qurmaq istəyirlər. Baş örtüyü geyinən qadılnların sayı son illərdə dördqat atıb. Hərçənd bunların əksəriyyəti Anadolu kəndlərindən şəhərlərə axışanlardır. Bütün bunlarla yanaşı, “Ekonomist” inanır ki, Ak partinin yıxılması ekstremist islamın gəlişi ilə nəticələnə bilər. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar