SON XƏBƏRLƏR

Türkmənistan və Rumıniya prezidentləri Nabucco layihəsini müzakirə ediblər

2021.10.20, 07:36
Türkmənistan və Rumıniya prezidentləri Nabucco layihəsini müzakirə ediblər

Gunaz.tv
Türkmənistan və Rumıniya prezidentləri Nabucco layihəsini müzakirə ediblər Bakı. Laçın Sultanova-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və Rumıniya prezidenti Trayan Basesku Nabucco qaz kəməri layihəsinin həyata keçirilməsini müzakirə ediblər. APA-nın məlumatına görə, Türkmənistan prezidenti Rumıniya şirkətlərini ölkənin enerji layihələrində – Xəzər şelfində yerləşən yataqların işlənməsində, boru kəmərlərinin tikintisində, neft emalı müəssisələrinin yaradılması və modernləşdirilməsində, müasir avadanlığın alınmasında iştirak etməyə dəvət edib. apa ------------------------------------------------------------------- Qırğızıstanın dövlət qulluqçuları Türkiyədə təhsil alacaqlar R.Məşədihəsənli/ Cümə günü Qırğızıstan hökuməti aparatının rəhbəri Murat İsmayılov Hökumət Evində Türkiyə Cümhuriyyətinin Bilkent Univeristetinin professoru Ümit Özal və Dünya Bankının nümayəndəsi Niqara de Silva ilə işgüzar görüş keçirib. Görüşün əsas məqsədi dövlət qulluqçularının Türkiyə Cümhuriyyətində təhsilinə Qırğızıstan Respublikasının dövlət orqanlarının tələbatının qiymətləndirilməsi məsələsi olub. Bu qiymətləndirmə Mərkəzi Asiya regionu ölkələrindən, o cümlədən Qırğızıstan Respublikasından dövlət qulluqçularının təhsili üzrə Ankarada (Türkiyə)Tədris Mərkəzinin açılması ilə əlaqədar aparılır. Bilkent Univeristetinin professoru Özəl Trend News-un müxbirinə bildirib: “Türkiyə tərəfi dövlət qulluğu üçün kadrların hazırlanması sahəsində Qırğızıstanla uzunmüddətli əməkdaşlığa başlamağa hazırdır. Mərkəzi Asiya bizim üçün qardaş xalqların yaşadığı vacib regiondur”. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar