SON XƏBƏRLƏR

Türkmənistanın yeni konstitusiyasında mərhum prezident barədə bütün qeydlər yoxa çıxıb

2021.10.20, 07:36
Türkmənistanın yeni konstitusiyasında mərhum prezident barədə bütün qeydlər yoxa çıxıb

Gunaz.tv
Türkmənistanın yeni konstitusiyasında mərhum prezident barədə bütün qeydlər yoxa çıxıb turkmenistan_88.jpg Yeni qanun layihəsi, ali icra orqanı olan Xalq Məsləhətini də ləğv edir "Kommersant" qəzeti Türkmənistanın yeni konstitusiyasının layihəsinin rus dilində tam mətnini əldə edib. Prezident Qurbanqulu Berdımuhammədovun rəhbərliyi altında işlənmiş sənəd dövlət quruluşunu əhəmiyyətli dərəcədə dəyişdirməlidir. Məsələn, yeni layihə Saparmurad Niyazov tərəfindən yaradılmış Xalq məsləhətini – bütün üzvləri faktiki olaraq prezident tərəfindən təyin olunan ali icra orqanını ləğv edir. Türkmənistanın əsas qanununun yeni layihəsi ölkə prezidenti Qurbanqulu Berdımuhammədov tərəfindən həftənin birinci günü konstitusiya komissiyasının iclasında təqdim edilib. Güman edilir ki, sentyabr ayına qədər mətn ümumxalq müzakirəsinə veriləcək, sonra isə ildə bir dəfə toplaşan Türkmənistanın ali icra orqanı – xalq məsləhəti tərəfindən təsdiqlənəcək. Yəqin ki, yeni konstitusiyanın qəbulu bu orqanın son qərarı olacaq. Çünki yenilənmiş əsas qanun bu qurumu ləğv edir. Mərhum prezident Niyazov tərəfindən yaradılmış Xalq məsləhəti Türkmənistanda indiyə qədər ən sirli icra orqanıdır. Bura 2507 nəfər daxildir. Onlardan çoxunu prezident təyin edib – onların arasında hökumətin bütün üzvləri, “partiya, gənclər təşkilatlarının, həmkarlar ittifaqlarının, qadınlar birliyinin rəhbərləri, “Qalkınış” ümummilli hərəkatının üzvləri, ictimai təşkilatların sədrləri və ağsaqqallar daxildir. Bununla yanaşı, onun yarardılması heç yerdə qeydə alınmayıb. Xalq məsləhəti öz səlahiyyətlərini yalnız özü dayandıra bilərdi. Məsələn, konstitusiyanın dördüncü hissəsində əvvəllər deyilirdi ki, Türkmənistanda hakimiyyətin dörd qolu var: “Xalq məsləhəti, qanunverici, icra və məhkəmə”. Bundan başqa, yalnız bu orqan prezidentliyə namizəd irəli sürmək hüququna malikdir. – 2007-ci ilin yanvar ayında olduğu kimi. Həmin vaxt ağsaqqallar hətta Qurbanqulu Berdımuhammədovu heç bir seçkisiz prezident elan etmək istəyirdi. Amma Q. Berdımuhammədov israrla ümumxalq seçkisi keçirilməsini tələb etmişdi. Xalq məsləhətinin ləğvi – Türükmənbaşının mirasının tədricən uzaqlaşdırılması üçün Berdımuhammədovun apardığı siyasətin yeni mərhələsidir. Bundan başqa, yeni konstitusiyanın yeni layihəsində mərhum prezident barədə bütün qeydlər də yoxa çıxıb. Məsələn, əvvəllər əsas qanunda yazılmışdı ki, “Türkmənistanda ölüm hökmü tammailə ləğv edilib və Türkmənistanın birinci prezidenti Böyük Saparmurat Türkmənbaşı tərəfindən həmişəlik qadağan edilib”. Yeni layihənin müəllifləri isə belə yazıblar: “Türkmənistanda ölüm hökmü ləğv edilib”. Qeyd edək ki, konstitusiyaya edilən hazırkı dəyişikliklər Saparmurat Niyazovun ölümüdən sonra əsas qanuna edilən ikinci dəyişikliklərdir. 2006-cı il dekabrın 26-da türkmənbaşının ölümündəm beş gün sonra konstitusiyaya belə bir dəyişiklik edilmişdi – prezident öldüyü halda onun avtomatik sələfi əvvəl olduğu kimi parlamentin spikeri deyil, baş nazirin müavinidir. Məslə bundadılr ki, konstitusiyaya görə “varis” spiker Ovezgeldı Atayev həmin vaxt artıq həbs edilmişdi, baş nazirin müavini Qurbanqulu Berdımuhammədov isə artıq prezident vəzifələrini müvəqqəti icra edən şəxs idi. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar