Bu gün Hadrutun işğaldan azad olunduğu gündür

09.10.2021, 08:52

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

Gunaz.tv Quote | Gunaz article

Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.

Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.

Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də düşmən işğalından azad olunub.

Qəsəbənin və ətraf kəndlərin işğaldan azad olunması əməliyyatına Hadrut döyüşləri də deyilir. Bu döyüşlər Birinci Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə aparılan əməliyyatdır.

Belə ki, döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. 

Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çöx böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdilər.

Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıblar. Bununla da qəsəbə və yuxarıda qeyd olunan kəndlər düşmən tapdağından azad olunub.

Bundan sonra Hadrut döyüşlərində uğursuzluğa dözə bilməyən düşmən yalan məlumatlar yaymağa başlayıb. Ermənistan rəhbərliyi, bu ölkənin rəsmi şəxsləri və düşmən dəyirmanına su tökən bəzi xarici jurnalistlər Hadrutun guya ermənilərin nəzarətində olduğu barədə dezinformasiyalar yayıblar.

Bu il martın 15-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. Ali Baş Komandan çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqlayıb.

Dövlət başçısı bildirib ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.

Bu gün Hadrutda və ümumilikdə işğaldan azad edilmiş bütün ərazilərdə bərpa-quruculuq işləri aparılır. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

2021-12-08

gun az article

Ekspert: "Ermənistan Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır"

2021-12-08

gun az article

Hindistan Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

2021-12-08

gun az article

İsrailli hüquqşünas: "Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində qalib gəldi"

2021-12-08

gun az article

İran Mahşəhr şəhərində “terrorçu qruplaşma”nı zərərsizləşdiyini iddia edir

2021-12-08

gun az article

Hüseyn Salami: “Ölkədə istehsal etdiyimiz pilotsuz uçuş aparatları istənilən yerdə əməliyyat keçirə, eniş edə bilərlər”

2021-12-08

gun az article

İbrahim Rəisi: “Məsul qurumlar valyuta bazarına müdaxilə edən amillərin kimliyini müəyyənləşdirməlidir”

2021-12-08

gun az article

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və "3+3" formatını müzakirə ediblər

2021-12-08

gun az article

İranda “Twitter” hesabında hakimiyyəti tənqid edən siyasi fəal həbs edilib

2021-12-08

gun az article

Almaniyada yeni kansler seçilib

2021-12-08

gun az article

Amerika İran gəmilərinin qanunsuz olaraq daşıdığı neft və silahları müsadirə edib - FOTO

2021-12-08

gun az article

“Hərbi Qənimətlər Parkı” erməni xalqına nifrət yaratmaq üçün deyil – XİN

2021-12-08

gun az article

Bayden: “Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında olması İranın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür”

2021-12-08

gun az article

"Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu artırır"-Millət vəkili

2021-12-08

gun az article

Ombudsman: "Beynəlxalq məhkəmənin qərarı regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir"

2021-12-08

gun az article

Nazir müavini: "Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq"

2021-12-08

gun az article

Ağ Ev: “Bayden və Putin İran barədə konstruktiv danışıqlar aparıblar”

2021-12-08

gun az article

ABŞ, Rusiya və Fransa Azərbaycanla Ermənistana çağırış etdi

2021-12-08

gun az article

ABŞ İranın xüsusi polis bölmələrinə və SEPAH komandirlərinə sanksiya tətbiq edib

2021-12-08

gun az article

Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsi qərar verib

2021-12-08