SON XƏBƏRLƏR

“Bu, terror hadisəsidir, məqsəd cəmiyyətdə xof, inamsızlıq yaratmaqdır"-Emin Həsənli

2023.03.29, 06:24
“Bu, terror hadisəsidir, məqsəd cəmiyyətdə xof, inamsızlıq yaratmaqdır"-Emin Həsənli

Gunaz.tv

“Baş verən terror hadisəsidir. Məqsəd odur ki, cəmiyyətdə xof, inamsızlıq yaratsınlar. Lakin bu terror aktını sifariş edən dairələr ö çirkin məqsədlərinə çata bilməyəsəkclərlər. Azərbaycamn güclü dövlətdir. Onun güclü təhlükəsizlik və hüquq mühafizə orqanları, ordusu var. Nə daxildən, nə xaricdən Azərbaycanın dövlət quruluşuna, xarici siyasət kursuna təsir etmək mümkün deyil.

Əminəm ki, qısa bir zamanda cinayətkarlar və onların sifarişçiləri aşkara çıxarılacaq. 

İkinci Qarabağ savaşında qələbəmizdən, 30 illik işğala son qoyuylduqdan sonra Azərbaycana qarşı hansı qüvvələrin çirkin oyunlar oynadığı, planlar qurduğu hər kəsə bəllidir”. 

Emin Həsənli deyib ki, son hadisə xalq-dövlət birliyini, birgəliyini ortaya çxıarıb.

Emin Həsənli: “Bu dəfə Dəmir Yumruq daha ağır və sərt olacaq”

“Azərbaycan xalqı kifayət qədər informasiyalıdır, təmkinlidir, kimin kim olduğunu bilir. Olayla bağlı dünəndən yazılanlar, verilən reaksiyalar göstərir ki, Azərbaycan xalqı dövlətimizin yanındadır. Bundan öncə də müxtəlif üsullarla dövlətimizə təzyiq edən qüvvələr məqsədlərinə nail ola bilmədilər. Bundan sonra da nail ola bilməyəcəklər. Müstəqilliyin ilk illərində də Azərbaycanda bu cür hadisələr baş vermişdi. Lakin dövlətimizi öz yolundan dönmədi. Bundan sonra da belə olacaq. 

Azərbaycanda güclü sabitlik var. Ölkəmiz dünyada təhlükəsizlik adası kimi quiymətləndirilir. Bunu gözü götürməyən qüvvələr var. Onlar sabitliyi pozmağa çalışır. 

Lakin onların çirkin təxribatlarının qarşısı alınıb və bundan sonra da alınacaq. Bir müddət öncə böyük bir casus şəbəkəsi ifşa edildi. Azərbaycan dövləti hədəfinə doğru irəliləyəcək, və məqsədlərinə nail olacaq”.

Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.  Silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar