"Region ölkələrinə qarşı təhdidləri dayandırarsa, dialoq üçün İrana əl uzadacağıq"-Səudiyyə rəsmisi

04.01.2022, 09:52

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan İranın region ölkələrinə qarşı təhdidindən və terrorizmə dəstəyindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Yanvarın 3-də İordaniya paytaxtına səfər edən nazir bu barədə iordaniyalı həmkarı Eymən əl Səfdi ilə birlikdə jurnalistlərə keçirdiyi mətbuat konfransında bildirib.

İordaniyalı həmkarı ilə keçirdiyi görüşdə İranın regionun sabitliyini pozan əməllərini müzakirə etdiyini vurğulayan Feysəl Bin Fərhan deyib ki, İran bölgənin bir sıra ərəb ölkələrindəki yarımhərbi qüvvələrə dəstəyindən əl çəkməli, həmin ölkələrə qarşı dağıdıcı fəaliyyətini dayandırmalıdır.

“Əgər İran Əgər İran regionun təhlükəsizliyinə qarşı təhdidini dayandırsa, Səudiyyə Krallığı dialoq aparmaq üçün Tehrana əlini uzadacaq. 

Biz həm də hesab edirik ki, İranın hərbi xarakter daşıyan nüvə proqramını inkişaf etdirməsi dünya və regionunun stabillik və təhlükəsizliyinə qarşı bir təhdiddir”, -deyə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan bildirib.

Mətbuat konfransında həmçinin İordaniyanın xarici işlər naziri Eymən əl Səfdi İranın Yəməndə dəstəkədiyi yarımhərbi husilərin Səudiyyə Ərəbstanına qarşı həyata keçirdiyi terror hücumlarını pisləyərək, ölkəsinin hər zaman Səudiyyə Krallığının yanında olacağını bəyan edib.

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social