SON XƏBƏRLƏR

Səudiyyə rəsmisi: “İran nüvə öhdəliklərinə sadiq qalmalı, gərginliyi dayandırmalıdır”

2021.11.24, 12:10
Səudiyyə rəsmisi: “İran nüvə öhdəliklərinə sadiq qalmalı, gərginliyi dayandırmalıdır”

Gunaz.tv

İranın MAQATE müfəttişlərinin nüvə mərkəzlərinə nəzarətini məhdudlaşdırmasını qınayan Səudiyyə rəsmisi İranı nüvə məsələsindən istifadə edərək Qərbdən bac almağa cəhddə günahlandırıb.

“Hesab edirik ki, İran 2015-ci ildə imzalanmış nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam sadiq qalmalı, hər hansı bir gərginlinlik yaratmaqdan əl çəkməlidir. 

Güman edirəm ki, İranın nüvə öhdəlikləri nüvə razılaşmasını canlandırmaq üçün Vyanada parılan danışıqlarla əlaqələndirilməməlidir”, -deyə Səudiyyə Krallığının MAQATe-nin İdarə Heyəti Şurasındakı nümayəndəsi Abdullah Bin Xalid Bin Sultan bildirib.

Qeyd edək ki, rəsmi Tehranla Avopa Birliyinin iki həftə əvvəl gəldiyi razılığa görə, İranla Qərb arasında Vyanada aparılan nüvə danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da start veriləcək. 

مبنى الوكالة لدولية للطاقة الذرية في جنيف (رويترز)

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar