SON XƏBƏRLƏR

Urmiya zindanında daha 4 məhkum edam ərəfəsində təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
Urmiya zindanında daha 4 məhkum edam ərəfəsində təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 nəfər edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.  

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Urmiyanın mərkəzi zindanının 15-ci korpusunda saxlanılan və adları hələlik açıqlanmayan məhkumlar sentyabrın 25-də  ayrı-ayrılıqda təkadamlıq kameralara köçürülüblər. Hər dörd məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar