SON XƏBƏRLƏR

Urmiya zindanında saxlanılan daha 3 məhkum edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
Urmiya zindanında saxlanılan daha 3 məhkum edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

GünazTV: İranın Qərbi Azərbaycan əyalətində, Urmiya şəhərinin zindanında saxlanılan, qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər məhbus edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 10 il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan bu yana həbsdə saxlanılan 3 məhkum (Xəlil Salehi, Naci Ömərzadə və Hüseyn İbrahimi) martın 10-da həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb.

 

Hər üç məhkuma çıxarılan ölüm hökmünün yaxın saatlarda və ya qarşıdan gələn günlərdə icra ediləcəyi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar