SON XƏBƏRLƏR

Urmiyanın “Şəhrdari” voleybol komandasının tərəfdarlarından türk əsgərinə hərbi salam – VİDEO

2021.10.20, 07:36
Urmiyanın “Şəhrdari” voleybol komandasının tərəfdarlarından türk əsgərinə hərbi salam – VİDEO

Gunaz.tv

GünAz TV: “Traxtur” futbol komandasının tərəfdarlarından sonra bu dəfə Urmiyanın “Şəhrdari” voleybol komandasının tərəfdarları “Durnalar Yuvası” stadionunda Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmalarına qarşı həyata keçirdiyi antiterror əməliyyatına dəstək nümayiş etdiriblər.

 

Onlar bu məqsədlə bazar günü Urmiyada Tehranın “Saypa” komandası ilə qarşılaşmada türk əsgərinə hərbi salam verib və “Nə mutlu türküm deyənə” kimi şüarlar səsləndiriblər.

 

“Şəhrdari” komandasının tərəfdarları hər zaman olduğu kimi, yenə də “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və s. kimi şüarlar səsləndirib.

 

https://www.youtube.com/watch?time_continue=34&v=izrSRsIxAk8

 

Soydaşlarımız “Azərbaycan qızları – Göylərin ulduzları” şüarı səsləndirərək Azərbaycan qızlarına tətbiq olunan qadağanın qaldırılması və onların idman stadionlarına buraxılmasını tələb ediblər.

 

Xatırladaq ki, noyabrın 1-də “Traxtur”la “İstiqlal”ın Təbrizin səhənd stadionunda keçirilən görüşündə də Türkiyənin antiterror əməliyyatına dəstək nemayiş etdirilib və türk əsgərlərinə hərbi salam verilmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar