SON XƏBƏRLƏR

Urmiyə stadionunda “Azərbaycan bir olsun” şüarı səsləndirilib – VİDEO

2021.10.20, 07:36
Urmiyə stadionunda “Azərbaycan bir olsun” şüarı səsləndirilib – VİDEO

Gunaz.tv

GünAz TV: Aprelin 16-da Urmiyənin Təxti stadionunda bu şəhərin “Urmiyə 90” komandası ilə Rəfsəncanın “Mis” takımı qarşılaşıb, görüş zamanı oyunu izləyən tamaşaçılar bir çox milli şüarlar səsləndiriblər.

 

Birinci dəstə yarışlarının 32-ci həftəsində keçirilən görüşdə çox sayda “Urmiyə 90” komandasının tərəfdarı iştirak edib, onlar “Azərbaycan var olsun - Mərkəzi Təbriz olsun”, “Təbriz, Bakı, Ankara – Biz hara, farslar hara?!” kimi şüarlar səsləndirib.

 

https://www.youtube.com/watch?time_continue=10&v=IU9S_guH19s

 

 

Azərbaycan komandası rəqibini 1:0 hesabı ilə məğlub edib, komandaya qələbə qazandıran qol Məhəmməd İbadzadə tərəfindən vurulub. Bununla da “Urmiyə 90” komandasının liqanın birinci dəstə yarışlarında qalması təmin olunub və Qərbi Azərbaycan valisi kimi yerli olmayan məsulların komandanın güclənməsinə mane olmaq cəhdləri boşa çıxıb.

 

Məlumata görə, stadiona Təbrizin “Traxtur” futbol komandasının bayrağı buraxılmayıb, çox sayda urmiyəli “Traxtur” tərəfdarının stadiona aparmaq istədiyi bayraqlar təhlükəsizlik qüvvələri tərəfindən zəbt olunub.

 

 

“Urmiyə 90” komandası Təbrizdən Urmiyəyə hədiyyə edilib. Bu komanda Təbrizdə olarkən “Qostəreşe fulad” adlanırdı, lakin Urmiyəyə intiqal edildikdən sonra “Urmiyə 90” adlandırıldı. Qərbi Azərbaycanın valisi Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülü hər zaman sözügedən komandanın fəaliyyətini məhdudlaşdırmaq istiqamətində bir çox işlər görüb, onun uğur qazanmaması üçün cəhd göstəriblər. Azərbaycanlılar kürd kökənli və yerli olmayan bu məsulların şübhəli fəaliyyətinə qarşı dəfələrlə etiraz bildirsələr də onlar öz postlarında işləməyə davam edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar