SON XƏBƏRLƏR

URMIYƏdə TÜRKİYƏ YIĞMASINA AZARKEŞLİK EDƏN TƏLƏBƏLƏRİ YATAQXANADAN ÇIXARMAQLA HƏDƏLƏYİBLƏR

2021.10.20, 07:36
URMIYƏdə TÜRKİYƏ YIĞMASINA AZARKEŞLİK EDƏN TƏLƏBƏLƏRİ YATAQXANADAN ÇIXARMAQLA HƏDƏLƏYİBLƏR

Gunaz.tv
TÜRKİYƏ YIĞMASINA AZARKEŞLİK EDƏN TƏLƏBƏLƏRİ YATAQXANADAN ÇIXARMAQLA HƏDƏLƏYİBLƏR Türkiyə futbol yığmasının Avropa çempionatının dörddəbir finalında Xorvatiya üzərində qələbəsini qeyd etmək Urmiya Universitetinin azərbaycanlı tələbələrinə baha başa gəlib. «Əta» adlı tələbə yataqxanasında türklərin qələbəsini bayram edən 49 tələbə inzibati komitəyə çağırılararq xəbərdarlıq alıb. «Media forum» saytı xəbər verir ki, universitet rektorunun müavini doktor Məhbub Taleyi inzibati komitəyə çağırılan tələbələri təhdid edərək deyib ki, bu hərəkət bir daha təkrar olunsa, Türkiyə komandasına azarkeşlik edən azərbaycanlı tələbələr yataqxanadan çıxarılacaq. «Media forum ------------------------------------------------------------------------- Baş nazir Türkiyənin qələbə qazanacağına əmindir Rəcəb Tayyib Ərdoğan: «Bu gün yüz milyonlarla dost və qardaşımız Türkiyə yığmasının qələbəsi üçün dua edəcək» Bu gün təkcə 70 milyon vətəndaşımız deyil, yüz milyonlarla dost və qardaşımız da Türkiyə yığmasını dəstəkləyəcək, komandamızın qələbəsi üçün dua edəcək. APA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Onun fikrincə, Türkiyə milli komandasının Almaniya ilə keçirəcəyi Avropa çempionatının yarımfinal matçında da qələbə qazanacaq. R.T.Ərdoğan “ay-ulduzlular”ın qələbəsinin təkcə Türkiyədə yox, Avropa, Asiya, Afrika qitələrində və dünyanın hər bir guşəsində qeyd olunacağını açıqlayıb. Baş nazir, həmçinin Türkiyə millisinin son qələbələrində türk millətinə xas keyfiyyətlərin böyük rol oynadığını vurğulayıb:"Ən çətin anlarda, ən ağır şəraitdə toparlanaraq, ayağa qalxmaq, heç bir işdən yorulmamaq, səbrlə, dəyanətlə hədəflərə doğru irəliləmək bu millətin xəmirində var. Mən bu ortaq ruhu, bu duyğu birliyini köksündə ay-ulduz daşıyan idmançılarımızda da, 70 milyonluq vətəndaşımızda da görürəm. Gələcəyə ümidlərimizi artıran da məhz bu hisslərimizin birliyidir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar