Urmiyənin qədim Teleradio binası muzey olmaq əvəzinə qoyun quzu tövləsinə çevirilib – VİDEO / GÖRÜNTÜ

04.10.2018, 12:08

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Urmiyənin qədim Teleradio binası qoyun quzu tövləsinə çevrilib.

 

Ölkənin ən qədim yerli Teleradio binasının muzeyə deyil, tövləyə çevrilməsi çoxlarını təəccübləndirib. Lakin bu hadisə, İran rejiminin Güney Azərbaycanın tarixi məkanlarına qərəzli münasibətini bilən yerli əhali üçün adi haldır.

 

Sero yolu istiqamətində Urmiyə şəhərinin girişində yerləşən bina İranın yerli televiziya mərkəzi olmaqla yanaşı, xüsusi memarlıq üslubuna da malikdir. Bina Pəhləvi rejimi dövründə memarlıq ixtisası üzrə mütəxəssis Dr.Cahangir Dərvişin nəzarəti altında tikilib.

 

“Təsnim” xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, “2016-ci ilin fevral ayında binada təmir-bərpa işlərinin aparılacağına dair qərar qəbul olunub. Qeyd olunub ki, bina Urmiyə Bələdiyyə İdarəsi və Qərbi Azərbaycan Mədəni İrs Təşkilatı tərəfindən bərpa olunduqdan sonra muzey kimi istifadəyə veriləcək və ya binadan böyük tədbirlər, beynəlxalq konfranslar və seminarların keçirilməsi üçün istifadə olunacaq.”

 

“Bina uzun illərdir ki, özbaşına buraxılıb. Orada nəin ki, təmir-bərpa işləri aparılmadı, hətta diqqətdən kənarda qaldığı üçün, ərazi qoyun quzunun otladığı, narkomanların toplaşdığı, sahibsiz küçə itlərinin cəmləşdiyi yerə, sonda isə qoyun quzu tövləsinə çevrildi”- deyə məlumatda qeyd olunub.

 

Xəbər agentliyi Teleradio binansının uzun müddət diqqətdən kənarda qalması barədə qeyd edib ki, “milyardlar tümən dəyəri olan qədimi bir binanın bu vəziyyətdə buraxılmasının kimə sərf etdiyi maraq doğurur. Görəsən İranın birinci yerli Teleradio binası ilə əlaqədar hansısa müamilə edilib?! Bu işin pərdə arxasında kimlər var?!”

 

Hər millətin tarixi əsərləri, o millətin kimliyinin sənədi hesab olunur. Mədəni İrs Təşkilatı bütün gücü ilə bu əsərləri qoruyub saxlamalıdır, lakin Urmiyənin Teleradio binası Azərbaycanın yüzlərlə digər tarixi əsəri kimi məhv edilərək sıradan çıxarılmaqdadır.

 

Video:

https://www.youtube.com/watch?v=_7xM5QJZrOY

 

 

 

 

 

 

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Küveytdə neft sızması səbəbindən fövqəladə vəziyyət elan edilib

2023-03-20

gun az article

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyada konsulluq açacaq

2023-03-20

gun az article

İranda insanlar övladlarına geyim ala bilmir"-Xudabəxş Rzayi

2023-03-20

gun az article

Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

2023-03-20

gun az article

Bu gün Novruz bayramıdır

2023-03-20

gun az article

Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib

2023-03-20

gun az article

“Azadlıq səsi”- “Terrorçu İranın qonşuluq diplomatiyası” və “Güney Azərbaycanın strateji xətti və milli duruşu” -VİDEO

2023-03-20

gun az article

İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub

2023-03-20

gun az article

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

2023-03-20

gun az article

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

2023-03-20

gun az article

Ceyhun Bayramov Brüsselə gedib

2023-03-20

gun az article

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: etirazçılar ruh yüksəkliyi ilə tələblərini irəli sürürlər

2023-03-20

gun az article

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb

2023-03-20

gun az article

Azərbaycan XİN xalqı Novruz bayramı münasibətilə təbrik edib-FOTO

2023-03-19

gun az article

Yaponiya Sahil Mühafizəsi: Şimali Koreya ballistik raket atıb

2023-03-19

gun az article

"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - “The Travel” Azərbaycandan yazıb

2023-03-19

gun az article

Azərbaycan Prezidenti Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

2023-03-18

gun az article

Dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb

2023-03-18

gun az article

İranda polisi öldürməkdə ittiham edilən şəxs edam edildi

2023-03-18

gun az article

Ermənistan səfirliyimizə hücumu pisləyən bəyannaməyə qarşı çıxdı

2023-03-18