SON XƏBƏRLƏR

Urmiyənin “Şəhrdari” voleybol komandası “Durna” adı ilə meydana çıxacaq

2021.10.20, 07:36
Urmiyənin “Şəhrdari” voleybol komandası “Durna” adı ilə meydana çıxacaq

Gunaz.tv

GünAz TV: Urmiyə Bələdiyyə İdarəsinin idman komandaları, o cümlədən “Şəhrdari” voleybol komandasının ləğv edilməsinə cəhd edildiyi bir vaxtda, “Şəhrdari” adının “Durna” ilə dəyişdiyi barədə xəbər yayılıb.


Bundan sonra Urmiyənin məşhur komandasının “Durna” adı ilə super liqa yarışlarına qatılacağı gözlənilir.


“Gənc jurnalistlər klubu” agentliyinin bu barədə yaydığı məlumatda bildirilir ki, “İranın voleybol paytaxtı adlanan Urmiyə şəhərinin idman məsulları “Şəhrdari”nin “Durna” adı ilə super liqa yarışlarında çıxış edəcəyini açıqlayıblar.”


Xəbər agentliyinin iddiasına görə, “Urmiyə komandasının ləğv olunmamasında bir millət vəkilinin xüsusi rolu olub, onun cəhdləri nəticəsində bu komanda qorunub saxlanılıb.”


Agentlik millət vəkilinin kimliyinin açıqlamayıb, lakin onun Urmiyənin İran parlamentindəki  millət vəklili Nadir Qazipur olduğu kimsədə şübhə doğurmur. O bundan əvvəl “Şəhrdari” komandasının ləğvinə çalışan Urmiyə Şəhər Şurasının bəzi üzvlərinə etiraz bildirmişdir.

“Voleybol Urmiyə gənclərinin qeyrət və namusudur. Mən heç vaxt icazə vermərəm ki, kimsə bu şəhərin voleybolunun inkişafına xələl gətirsin. Urmiyəsiz voleybol, voleybolsuz Urmiyə ola bilməz”- deyə Nadir Qazipur bildirmişdir.


Urmiyə komandasını, İranın yeniyetmələrdən ibarət milli komandasının baş məşqçisi Məhəmmnəd Vəkili çalışdıracaq.


N.S  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar