SON XƏBƏRLƏR

Urmu Yürüşündə xəsarət alan soydaşlarımızdan daha birinin kimliyi müəyyənləşib

2021.10.20, 07:36
Urmu Yürüşündə xəsarət alan soydaşlarımızdan daha birinin kimliyi müəyyənləşib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda bir neçə gün öncə (avqustun 27-i , şəhrivərin 5-i) Urmu Gölü ilə bağlı keçirilən dinc Kütləvi Etiraz Göstərisi Hökumət Qüvvələrinin zorakılığına məruz qaldı.

 

Təbrizdə onlarla soydaşımız tutuqlandı. Urmuda isə tutuqlananların sayı yüzlərlə ölçülür. Həmçinin təhlükəsizlik qüvvələrinin şiddət tətbiq etdiyi üçün çoxsaylı insan ciddi xəsarətlər aldı.

 

Xəsarət alanlardan birisi yeniyetmə soydaşımız 15 yaşlı Əlirza Hüseynidir. İngilis dili kursuna gətmək məqsədi ilə şəhərə çıxan Əlirza, Xəyyan xiyabanında məmurların plastik gülləsinə tuş gəlib və göz nahiyyəsindən ağır yaralanıb.

 

Onun tanışlarının birinin verdiyi məlumata görə, artıq həkimlər onun gözünü boşaldıblar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar