SON XƏBƏRLƏR

Urmuda Təhlükəsizlik qüvvələri yaralıları yaxalamaq üçün xəstəxanaya hücum ediblər

2021.10.20, 07:36
Urmuda Təhlükəsizlik qüvvələri yaralıları yaxalamaq üçün xəstəxanaya hücum ediblər

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin "Öyrənci"-yə istinadən yaydığı məlumata görə, Urmuda təhlükəsizlik qüvvələri yaralıları yaxalamaq üçün Mütəhhəri xəstəxanasına hücum ediblər.

 

Həmçinin Xəyyam xiyabanında bir gənc təhlükəsizlik qüvvələri tərəfindən şiddətlə döyülüb və naməlum istiqamətə aparılıb.

 

İmam, Besət, Mütəhhəri, Müntəziri, Taliqani, Əmini, Kaşani və ... xiyabanları təmami ilə tətil olub.

 

Şəhər nisbətən sakitləşsədə hələdə şəhərin müxtəlif məntəqələrində pərakəndə şəkildə qarşıdurmalar var. Hələdə yeni tutulanların olduğu bildirilir. Şəhərin hər tərəfini təhlükəsizlik qüvvələri bürüyüb.

 

Urmunun məşhur üstüortülü bazarı tətil olub. Besət xiyabanında isə bir neçə zibil qabının yandırıldığı deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar