SON XƏBƏRLƏR

Uşaq bağçalarında Azərbaycan Milli Hökumətinin təsisinin ildönümündə yüzlərlə kitab paylanılıb – Urmiyədə

2021.10.20, 07:36
Uşaq bağçalarında Azərbaycan Milli Hökumətinin təsisinin ildönümündə yüzlərlə kitab paylanılıb – Urmiyədə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin uşaq bağçalarında türk dilində yazılmış yüzlərlə kitab paylanılıb.

 

Kitablar 1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin 72-ci ildönümündə uşaqlara çatdırılıb.

 

İranın Təhlükəsizlik qüvvələrinin bütün təzyiqlərinə baxmayaraq  azərbaycanlılar hər il “21 Azər” Hərəkatı kimi tarixə düşən Milli Hökumətin təsisinin ildönümündə müxtəlif tədbirlər həyata keçirir.

 

Azərbaycanlı fəallar ötən illərdə də bu tarixi günün ildönümü münasibəti ilə türk dilində yazılmış çox sayda kitablar paylamışdır.

 

 

 

1945-ci ildə qurulan Milli Hökümət bir sıra xarici amillərlə yanaşı Tehran rejiminin qanlı müdaxiləsi və qətliamlar törətməsi nəticəsində 1946-cı il dekabrın 12-də (1325-ci il azər 21-də) süquta uğrayıb. Milli Hökümət bu qısa müddətdə xalqın dəstəyi ilə bir sıra mühüm işlər həyata keçirib.Təbriz Dövlət Universitetinin və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və milli filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi çoxlu işlər görüb. Milli Hökumət eyni zamanda aşağıdakı işləri həyata keçirib.

 

– Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;

– Hökümət iri bankları milliləşdirdi;

– Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;

– Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı

– Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;

– Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;

– Güney Azərbaycan Milli Ordusu yaradıldı.

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar